-
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 08 iyun 2004-cü ildə, 23-24 oktyabr 2007-ci ildə, 2009-cu ilin mart ayının 2-3 və noyabr ayının 19, 2010-cu ilin oktyabr ayının 14-ü və 2010-cu ilin noyabr ayının 10-u tarixlərində Yevlax şəhərinə səfər etmişdir.
-
13 yeni park salınmış, tarix-diyarşünaslıq muzeyi, elektron kitabxana, regional televiziya, 14 məktəb, 11 regional və yerli təşkilat, 8 bankın filialı üçün yeni inzibati binalar, ”Gənçlər evi”, məcburi köçkünlər üçün 612 ailəlik 5 mərtəbəli 10 ədəd yaşayış binaları, 6000 yerlik satdion və idman bazası, 16 mənzilli və 36 mənzilli 4 yaşayış binası, 50 çarpayılıq uşaq xəstəxanası, əlillərin bərpa mərkəzi, dəri emalı, kərpic, asfalt istehsalı zavodları, tikiş və mebel fabrikləri tikilmişdir. Konserv, makaron, çörək sexləri, regional “aqroservis bazası yaradılmış, mərkəzi xəstəxanada, şəhər poliklinikasında, şahmat və uşaq-gənclər idman məktəblərində, xalq teatrının binasında yenidənqurma və əsaslı təmir işləri aparılmışdır;
-
180 çarpayılıq mərkəzi rayon xəstəxananın, Beynəlxalq Bankın Yevlax filialının binasının, Kür çayının sahilində Bulvar kompleksinin və otelin, Mərkəzi Bankın Yevlax Ərazi İdarəsi və idarəetmə mərkəzinin, Fövqaladə Hallar Nazirliyinin regional idarəsinin, Şəhər Maliyyə idarəsinin inzibati binasının, İnformasiya Mərkəzinin, S.Vurğun parkının, 4 mərtəbəli yaşayış binasının, Uşaq gənclər idman məktəbinin üzgüçülük hovuzunun , 10 saylı şəhər tam orta məktəbinin, 2 saylı şəhər orta məktəbinin, Salamabad kənd tam orta məktəninin, Aran 2 saylı orta məktəblərin binalarının və Təhsil şöbəsinin inzibati binasının tikintisi aparılır.
-
Şəhərdə və şəhərin qərb tərəfdən girişində 4,3 km, Xaldan-Zakatala şosse yolunun Xaldan qəsəbəsindən keçən hissəsində 5,2 km, Xaldan kəndinin daxilində 1 km, Kövər kəndində 1,51 km, Коланы кяндиндя 3 км, Минэячевир-Аран гясябяси шоссе йолунун 19 км, Халдан- Йухары Гархн kəndi hissəsində 11 km, Hacıselli və Havarlı kəndlərində 8,5 km, Nemətabad və Nərimanabad kəndlərində 5,1 km şosse yolları yenidən qurulmuş asfalt salınmışdır.
-
Rayonunun 18500 nəfər əhalisi olan 17 yaşayış məntəqəsində modul tipli su təmizləyici qurğular quraşdırılmış, Kür çayı üzərində saatda 630 kub.m su vuran nasos stansiyası tikilmiş, 3,1 km magistral, 244,7 km şəbəkə içməli su xətləri çəkilmişdir. Kəndlərdə 45 ədəd subartezian və artezian quyuları qazılmışdır.
-
Rayon ərazisində 256,5 km yol şəbəkəsi vardır ki, ondan 129,5 km-i Respublika əhəmiyyətli, 127 km-i yerli əhəmiyyətli yollardır. Rayon ərazisindən 88 km uzunluğunda dəmir yolu keçir, Yevlax, Stansiya-Mingəçevir, Xanabad stansiyaları vardır.
-
Rayonun bütün 49 yaşayış məntəqəsindən 21 fasiləsiz olaraq təbii qazla təmin olunmuşdur ki, bu da rayon əhalisinin 90 faizinin təbi qazla təmin olunması deməkdir.
-
Hazırda rayonda 28 ədəd poçt şöbəsi fəaliyyət göstərir. Bütün yaşayış məntəqələri stasionar telefonla təmin olunmuşdur. Rayonda bütün ATS-lər elektronlaşmışdır. Hazırda Rayonda ümumi tutumu 15645 olan 23 EATS fəaliyyət göstərir ki, onların istifadə tutumu 15284 nömrə təşkil edir. Şəhər Əhalisi ADSL sürətli internet şəbəkəsi ilə təmin olunmuşdur.
Gələcəkdə rayonda bir sıra infrastruktur layihələrin həyata keçirilməsi nəzərdə tutulur ki, bunlar aşağıdakılardır:
-
Yevlax şəhərinin içməli su və kanalizasiya sisteminin qurulması;
-
Regional referens və toksikologiya ekspertiza laboratoriyasının tikintisi;
-
120 yerlik Uşaq bağçasının tikintisi;
-
2 saylı uşaq musiqi məktəb binasının tikintisi;