Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda şəhidin ad günü qeyd edilib

22 noyabr 2021 | 16:00


Yevlaxda torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Quliyev Fəhmin Yunis oğlunun ad günü anadan olduğu Qaramanlı  kənd qəbiristanlığındakı məzarı başında qeyd edilib.
Anım mərasimində Yevlax Şəhər İcra Hakimiyyətinin , YAP Yevlax rayon təşkilatının, Yevlax Şəhər Təhsil Şöbəsinin əməkdaşları, şəhidin yaxınları, kənd sakinləri iştirak ediblər.
Çıxış edənlər şəhidin keçdiyi qısa və şərəfli ömür yolundan danışıb və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər. Ziyarətçilər şəhidin ailə üzvlərinə başsağlığı verib, məzarı üstünə gül dəstələri qoyaraq, ruhuna dualar oxuyub.
Sonra Yevlax Uşaq Gənclər İdman Şahmat məktəbinin keçirdiyi şəhidin xatirəsinə həsr olunmuş şahmat turnirinin qaliblərinə  Fəxri Fərmanlar, medallar və hədiyyələr şəhidin ailə üzvləri tərəfindən təqdim edilib.
Şəhidin təhsil aldığı Qaramanlı kənd tam orta məktəbinin şagirdləri şəhidin xatirəsinə hazırladığı bədii kompozisiya dinlənilib.
Qeyd edək ki, Fəhmin Quliyev 22.11.1998-ci ildə Yevlax rayonunun Qaramanlı kəndində anadan olub. Vətən Müharibəsində qismən səfərbərlik çağırışçısı  kimi iştirak edib. Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Yevlax rayonu Qaramanlı kənd qəbiristanlığında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıdığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə","Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Şəhid Fəhmin Quliyevin valideynləri övladları ilə fəxr etdiklərini söyləyərək, göstərilən diqqət və qayğıya görə ölkə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin  minnətdarlıqlarını bildiriblər.

Keçidlər