Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib

22 noyabr 2021 | 16:00


Yevlaxda Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, hüquq mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla anıblar.
Tədbirdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev peşə bayramı münasibətilə ədliyyə işçilərini təbrik edib, Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından danışılıb. Bu tarixi günün Ulu Öndər Heydər Əliyevin 2000-ci il noyabrın 11-də imzaladığı Sərəncamla təsis olunduğunu diqqətə çatdırıb. Ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşdığını vurğulayaraq bildirib ki, ümummilli lider Heydər Əliyevin yaratdığı siyasi xətti bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində Azərbaycan ədliyyəsinin inkişafı yolunda yeni nailiyyətlər əldə olunub.
Tədbirdə iştirak edən Yevlax rayon prokuroru Ceyhun Almasov, DTX-nin Yevlax rayon şöbəsinin rəisi İlqar Bağırov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi Samir Qurbanov çıxışlarında Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından danışaraq ədliyyə işçilərini təbrik ediblər.

 

Keçidlər