Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhər İcra Hakimiyyətində növbəti onlayn qəbul keçirilib

19 oktyabr 2021 | 16:00

Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib.
Qəbul zamanı sakinlər maddi yardım, işlə təmin edilmə, ünvanlı sosial yardımın təyin və s. ilə bağlı müraciətlərini səsləndiriblər.
Vətəndaşların müraciətlərini dinləyən Şəhər rəhbəri onların problemlərinin aidiyyatı təşkilatlar üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verib, səslənən bütün müraciətlərin nəzarətə götürüldüyünü diqqətə çatdırıb.
Qəbulda iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər