Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 5 oktyabr - Beynəlxalq Müəllim günü qeyd olundu

05 oktyabr 2021 | 16:00


Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova ölkəmizdə təhsil sahəsinin inkişafı və müəllimlərə göstərilən yüksək dövlət qayğısından danışıb.
Qeyd olunub ki, müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl pedaqoqların mükafatlandırılması, təhsil işçilərinin əmək haqlarının artırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər bu sahəyə qayğının parlaq nümunəsidir.
Yevlax rayon Təhsil Şöbəsinin müdiri Namidə Abbasova çıxış edərək əlamətdar gün münasibəti ilə müəllimləri təbrik etdi, xoş arzularını çatdırdı. Son illər cənab Prezidentin diqqət və qayğısı ilə rayonda bir çox yeni məktəb binalarının tikildiyini, əsaslı təmir olunduğunu, məktəblərin ən müasir avadanlıq və ləvazimatlarla təchiz edildiyini qeyd etdi. Hər il rayonun da qabaqcıl müəllimlərinin dövlət başçısı tərəfindən təltif olunmasını vurğulayaraq təhsil işçiləri adından Ölkə Preidenti Cənab İlham Əliyevə və və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.
Təhsildə keyfiyyətin yüksəldilməsində, gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli fəaliyyətinə görə və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə bir qrup müəllimə Yevlax Şəhər İcra Hakimiyyətinin və rayon təhsil şöbəsinin Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim edildi.

Keçidlər