Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda şəhid ailələri ilə görüş keçirildi

25 sentyabr 2021 | 16:00


Yevlax Şəhər İcra Hakimiyyətində bir qrup Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüş keçirilib.
  Şəhər İcra Hakimiyyətini Başçısı Anar Tağıyev Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsində yüzlərlə yevlaxlı gəncin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyib.Tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini vurğulayıb və belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə və övladlarının şəhadətə yüksəlmə xəbərini qürur hissi ilə qarşıladıqlarına görə şəhid ailələrinə təşəkkürünü bildirib. Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağını diqqətə çatdırıb. Qeyd edib ki, şəhid ailələrinin hüquqlarını müdafiə etmək, onların sosial-iqtisadi və mənəvi problemlərinin daha səmərəli həllinə köməklik göstərmək məqsədilə “Yaşat” Fondunun  və yerli icra hakimyyəti orqanlarının strukturlarında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin yaradılması, şöbə müdirinin və böyük məsləhətçinin də qazilərin arasından seçilməsi şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısının bariz nümunəsidir.
Şəhər Rəhbəri daha sonra bildirdi ki, Möhtətəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Yevlaxda da Şəhid ailələrinə daim diqqət və qayğı göstərilir. Həmçinin Şəhər İcra Hakimiyyətində yaradılmış qruplar tərəfindən rayon ərazisində yaşayan şəhid ailələri mütəmadi ziyarət olunur, onların qayğıları, ailələr tərəfindən qaldırılan məsələlər dinlənilir, həlli istiqamətində müvafiq işlər görülür.Şəhərdəki Şəhidlər Xiyabanı təmir olunur, şəhidlərin adlarının əbədiləşdirilməsi məqsədi ilə xatirə lövhələri düzəldilir,  yaşadıqları binalarda və fərdi yaşayış evlərində barelyefləri vurulur.
Sonra şəhidlərin Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif edildikləri medallar şəhidlərin ailələrinə təqdim edilib.
   Görüşdə çıxış edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçsı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər