Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda yeni tədris ili başladı

22 sentyabr 2021 | 16:00

Sentyabrın 22-dən etibarən  Yevlax rayonunda da ümumi təhsil müəssisələrinin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ilinə başlanıb. Respublikamızın hər yerində olduğu kimi  rayondakı təhsil müəssisələrində ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.
Hazırda rayonda 7 ibtidai məktəb, 42 tam orta məktəb, 7 ümumi orta məktəb olmaqla 56 təhsil müəssisəsi fəaliyyət göstərir. Yeni tədris ilində rayondakı orta məktəblərdə ümumilikdə 17146   şagird təhsil alacaq. Onlardan 1535 nəfəri  I sinifə, 1450 nəfəri IX sinfinə, 1194 nəfəri isə XI sinifə gedəcəklər. Yevlax rayonu üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında isə 1228 nəfər şagird təhsilə cəlb olunub.
Yeni dərs ilinə hazırlıq tədbirləri çərçivəsində Yevlax rayonun Qoyunbinəsi kənd tam orta  məktəbi üçün müasir avadanlıqlarla təchiz olunmuş 432 yerlik yeni bina tikilib, Ərəş, Yaldili kənd tam orta məktəblərində cari təmir işləri aparılıb.
Vətən müharibəsində həlak olmuş Yevlaxlı şəhidlərin 24 nəfər övladı da məktəbə yollanıb, onlardan 4 uşaq birinci sinifə gedir.

 

 

Keçidlər