Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidinin doğum günü qeyd olundu

17 sentyabr 2021 | 16:00


Yevlax rayonunun Aran qəsəbə sakini, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Kərimov Elgün Rauf oğlunun ad günü qeyd edildi. Mərasimdə Yevlax Şəhər  İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, YAP Yevlax rayon təşkilatının əməkdaşları, şəhidin ailə üzvləri, o cümlədən ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak etmişdir. Əvvəlcə iştirakçılar şəhidin Yaldili kənd qəbiristanlığındakı məzarının üzərinə gül dəstələri düzərək ruhuna ehtiramlarını ifadə edilmişlər. Tədbirdə şəhidimizin döyüş yolundan, vətənpərvərliyindən, onun vətənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarından danışıldı, Vətən uğrunda canını fəda edən hər kəsin heç vaxt unudulmayacağı qeyd olundu. Şəhidimiz 17.10.2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə  qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin Sərəncamlarına əsasən Elgün Kərimov ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Daha sonra Şəhər İcra Hakimiyyətinin tövsiyyəsi ilə Gənclər və İdman İdarəsi tərəfindən keçirilən taekvando idmanı üzrə şəhər birinciliyinin, rayon Təhsil Şöbəsinin Yevlax Uşaq Gənclər İdman Şahmat məktəbində Şəhidin xatirəsinə keçirdiyi şahmat turnirinin, Şəhidin təhsil aldığı Aran qəsəbə 1 saylı tam orta məktəb, Aran qəsəbə 3 saylı  ümumi orta məktəb tərəfindən  keçirilən şer müsabiqəsinin qaliblərinə  Fəxri Fərmanlar, medallar və hədiyyələr şəhidin ailə üzvləri tərəfindən təqdim edilib.
Görüş zamanı şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər