Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidin ad günündə Xatirə bulağının açılışı oldu

07 sentyabr 2021 | 16:00


Yevlax rayonunun Yuxarı Salamabad kəndində 44 günlük Vətən müharibəsi zamanı Şəhidlik zirvəsinə ucalan Bəhruz Tahir oğlu Məmmədovun ad günündə xatirəsinə inşa edilən bulağın açılış mərasimi keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları,YAP Yevlax rayon təşkilatının əməkdaşları, ağsaqqallar, gənclər, kənd sakinləri və şəhidin yaxınları iştirak etmişlər.
Əvvəlcə Yenicə kənd qəbiristanlığında şəhidin məzarı ziyarət edilərək üzərinə gül-çiçək dəstələri düzülmüş, xatirəsi etiramla yad edilmişdir. Tədbir iştirakçıları Şəhidin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan söz açaraq ölkəmizin o cümlədən rayonun Vətən müharibəsi iştirakçılarının qəhrəmanlığından danışmışlar.
Daha sonra  xatirə bulağının açılışı həyata keçirilmişdir. 
Yevlax Uşaq Gənclər İdman Şahmat məktəbi tərəfindən Şəhidin xatirəsinə şahmat turniri, Şəhidin təhsil aldığı Xaldan  kənd tam orta məktəbi və Yuxarı Salamabad kənd tam orta məktəbi tərəfindən  isə şer müsabiqəsi keçirilib. Yarışın və müsabiqənin qaliblərinə  Fəxri Fərman və hədiyyələr şəhidin ailə üzvləri tərəfindən təqdim edilib.
Şəhid Bəhruz Məmmədov 2020-ci il noyabrın 7-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması zamanı Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
  Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Bəhruz Məmmədov ölümündən sonra “Vətən uğrunda” “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirərək ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya  minnətdarlıqlarını ifadə etmişlər

Keçidlər