Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Faiq Adgözəlovun doğum günü qeyd edildi

01 sentyabr 2021 | 16:00


44 günlük Vətən müharibəsində şəhid olmuş, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə"  və “İgidliyə görə” medalları ilə təltif olunmuş Yevlax rayonunun Nemətabad kəndindən olan  Faiq Adgözəlovun ad günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Yevlax şəhərində yerləşən Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edib,məzarı önünə gül dəstələri qoyublar.
Ziyarət mərasimində Yevlax Şəhər İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri, Vətən Müharibəsi iştirakçısı, ehtiyatda olan  kapitan Xaliq Əliyev çıxış edərək bildirib ki, Müzəffər Azərbaycan Ordusu cəmi 44 gün ərzində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında misilsiz hərbi zəfər qazandı, erməni ordusunu darmadağın etdi. Vətən müharibəsində şəhid olan hərbçilərimizin ailələrinin sosial problemlərinin hər zaman dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanıldığını deyən Xaliq Əliyev əlavə edib ki, Azərbaycan xalqı Qarabağın azadlığı uğrunda tarix yazan qəhrəmanlarımızı daim fəxr və iftixarla anacaq.
Sonra YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov çıxış edərək qeyd edib ki, 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, bu yurdu qorumağa qadir olan ləyaqətli oğullarımız var. Sıravi əsgərindən tutmuş generalınadək hər bir döyüşçünün əlində silah Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canını fəda etməyə hazır olduğunu vurğulayıb. Müzəffər Ali Baş Komandanın qətiyyəti, əzmi, milli ruhu, yüksək idarəçilik dəyərləri və rəhbərliyi sayəsində Azərbaycan ordusu tariximizin ən şanlı qələbəsini qazanıb.
Daha sonra çıxış edən şəhidin döyüş yoldaşları Faiq Adgözəlovun şərəfli döyüş yolundan danışıblar. 
Yevlax Uşaq Gənclər İdman Şahmat məktəbi tərəfindən Şəhidin xatirəsinə şahmat turniri,Şəhidin təhsil aldığı Nemətabad kənd tam orta məktəb tərəfindən  isə şer müsabiqəsi keçirilib. Yarışın və müsabiqənin qaliblərinə  Fəxri Fərman və hədiyyələr şəhidin ailə üzvləri tərəfindən təqdim edilib.
Tədbir iştirakçıları sonra şəhidin evini ziyarət edərək şəhid Faiq Adgözəlov haqqında xatirələri dinlədilər.
Şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən vətənpərvərlik mövzusunda ədəbi bədii kompozisiya nümayiş etdirilib.
Sonda şəhidin ailə üzvləri şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və 1-ci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər