Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda növbəti onlayn vətəndaş qəbulu keçirildi

17 avqust 2021 | 16:00

Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev növbəti dəfə rayon sakinlərini karantin qaydalarının tələblərinə əməl etməklə onlayn qaydada qəbul edib. Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, problemlərinin dərhal həll olunması üçün müvafiq tapşırıqlar verilib.Digər müraciətlər dinlənildikdən sonra bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə aidiyatı qurumlar üzrə yönləndirilib.Qəbulda iştirak edən sakinlərə sağlamlıqlarını qorumaq üçün vaksinləşmə prosesində fəal iştirak etmələri tövsiyyə edilib.Sakinlər onların problemlərinə həssaslıqla yanaşıldığına,əhaliyə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Birinci Vitse-Prezidentimiz Hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər