Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda su nasos stansiyası yenilənib

16 iyul 2021 | 16:00


Rayonun Qaroğlan kəndi ərazisində Kür çayının sol sahilində mövcud olan 1 aqreqatlı Qaroğlan nasos stansiyası Qaroğlan  və Yuxarı Qarxun kəndlərindəki əkin sahələrini suvarma suyu ilə təmin edir. Son illər havaların quraqlıq keçməsi ilə əlaqədar bu nasos stansiyası qeyd edilən kəndlərdə yaşayan sakinlərin sahələrini suvarması üçün ehtiyacı ödəmirdi. Nəticədə kənd sakinləri əkin sahələrini suvarmaqda çətinlik çəkirdilər. Bu da insanların narazılığına səbəb olurdu.
Yevlax Şəhər İcra Hakimiyyətinin tövsiyyəsi ilə Yevlax Suvarma Sistemləri İdarəsi tərəfindən Qaroğlan nasos stansiyasında növbəti ikinci aqreqatı quraşdırıldı.Nasos stansiyasında yeni elektrik avadanlıqları, 80 metr uzunluğunda boru xətti quraşdırılıb, nasos stansiyanın məhsuldarlğı  saniyədə 550 litr artırılıb.
Bununla da Yuxarı Qarxun kəndində 300 hektara yaxın, Qaroğlan kəndində də 500 hektara yaxın sahənin suvarma suyu ilə təminatındakı problem aradan qaldırılıb.

Keçidlər