Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda daha bir Şəhidin doğum günü qeyd olundu

17 iyun 2021 | 16:00


Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Məmmədov İsmayıl Vahid oğlunun doğum günü Yevlax şəhərində xüsusi karantin rejimi qaydalarına uyğun olaraq qeyd edilib.
   Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları öncə şəhidin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib və məzarı üzərinə gül-çiçək dəstələri düzüblər.
İştirakçılar şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək 30 ilə yaxın işğal atlında qalan torpaqlarımızın Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində azad edildiyini vurğulayıblar.
Belə igid oğullardan olan Şəhid İsmayıl Məmmədov 29 sentyabr  2020-ci il tarixdə Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhidimiz vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Şəhər İcra Hakimiyyətinin tövsiyyəsi ilə Şəhidimizin  təhsil aldığı şəhər 4 saylı tam orta məktəb şəhidin xatirəsinə inşa müsabiqəsi, Şəhər Uşaq Gənclər İdman Şahmat  məktəbi isə onlayn şahmat turniri keçirmiş, qaliblərə fəxri fərmanlar şəhidin ailə üzvləri tərəfindən  təqdim edilmişdir.
Tədbirdə həmçinin qeyd edilib ki, şəhər rəhbərliyi tərəfindən hər zaman əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələri, məzarları ziyarət olunur, əziz xatirələri ehtiramla anılır.
   Sonda şəhidin ailə üzvləri çıxış edərək övladları ilə qürur duyduqlarını bildiriblər. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya, minnətdarlıqlarını ifadə ediblər

Keçidlər