Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda velosiped yarışı keçirilib

16 iyun 2021 | 16:00


  15 iyun Milli Qurtuluş günü münasibəti ilə Yevlax şəhərində Yevlax Şəhər İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə velosiped yarışı keçirilib.
Əvvəlcə yarış iştirakçıları Ulu Öndər Heydər Əliyevin Yevlax şəhərindəki abidəsini ziyarət edərək abidə önünə önünə tər çiçəklər düzüblər. 
Tədbirin əvvəlində həvəskar velosipedçilərin iştirakı ilə veloyürüş keçirildi. Daha sonra keçirilən velosiped yarışında hər biri 3  nəfərdən ibarət 30 komanda qələbə uğrunda mübarizə aparmışdır. Gərgin keçən yarışda  1-ci yerə Balçılı, 2-ci yerə Gənclər evi və 3-cü yerə Qaramanlı komandası çıxdı.
Əsas məqsədi yeniyetmə və gənclərin sağlam həyat tərzinə marağının və velosiped idmanının kütləviliyinin artırılması olan bu yarışların qalibləri, 2-ci və 3 yer tutan idmançılara Yevlax Şəhər İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyasının Fəxri fərman və qiymətli hədiyyələri, digər iştirakçılara isə həvəsləndirici diplomlar təqdim edildi.
Həvəskarlar arasında olan yürüşdə fərqlənən 10 nəfər hədiyyə və Fərxri fərmanla mükafatlandırıldılar.

 

Keçidlər