Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “Qurtuluşdan tərəqqiyə” adlı videokonfrans keçirilmişdir

15 iyun 2021 | 16:00

 

Yevlax şəhər İcra Hakimiyyəti tərəfindən 15 iyun Milli Qurtuluş gününə həsr edilmiş videokonfrans keçirilmişdir. Videokonfransı Şəhər İcra Hakimiyyəti Başçısının müavini Elnarə Əzizova  açaraq bildirdi ki, Ulu Öndər Heydər Əliyevin qayıdışı, 1993-cü il iyunun 15-də Ali Sovetin Sədri seçilməsi Azərbaycan xalqını və dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas edərək tarixə “Milli Qurtuluş Günü” adı ilə daxil oldu. Respublikaya rəhbərlik etdiyi dövrdə Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqı qarşısında müstəsna xidmətlər göstərmiş və adını Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır. Ulu Öndər Heydər Əliyev dövlətçiliyimiz tarixində öz xilasedici missiyasını layiqincə yerinə yetirməklə  Azərbaycan xalqının tarixində  ən böyük tarixi şəxsiyyət statusunu qazanmışdır. Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
E.Əzizova çıxışını davam etdirərək bildirdi ki, qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Ulu Öndərin uğurlu siyasi kursunun nəticəsidir ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən Vətən Müharibəsində Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimiz qaytarıldı.
Daha sonra çıxış edən
YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev, YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Fərid Vaqifli, Aşağı Bucaq kənd tam orta məktəbinin direktoru Arifə İsayeva vurğulamışlar ki, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli idarəçiliyi, beynəlxalq siyasi nüfuzu, dövlətimizin başçısına ümumxalq məhəbbəti sayəsində daha böyük uğurlara, yeni-yeni zirvələrə doğru inamla addımlayır. 44 Vətən savaşında əldə edilən qələbə nəticəsində işğal olunmuş əzəli torpaqlarımızın azad edilməsi də məhz bu fikirlərin sübutudur. Çıxışçılar həmçinin qeyd etdilər ki, Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi. Ermənistanın hərbi kaputilyasiyaya məcbur etdi. Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdi. 10 noyabrda Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 28 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi.
     Sonda Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş qısa videoçarx nümayiş etdirilmişdir.

Keçidlər