Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi

12 iyun 2021 | 16:00


Yevlax Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş mövcud pandemiya qaydalarına uyğun keçirilən tədbiri YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov  açaraq qeyd etdi ki,  15 iyun – Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim günü deyil. Böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyini qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. Odur ki, qədir bilən xalqımız böyük xilaskarın xidmətlərini unutmur və yeni əsrin yeni lideri İlham Əliyev kimi bir rəhbəri yetişdirdiyi üçün Ulu öndər Heydər Əliyevi böyük minnətdarlıqla xatırlayır və dəyərləndirir.
Sonra çxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini Elnarə Əzizova çıxış edərək bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan günlərdən olan 15 İyun – Milli Qurtuluş Günü tariximizə qızıl hərflərlə yazılmışdır. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.
Daha sonra çıxış edən Şəhər Təhsil Şöbəsinin müdiri Namidə Abbasova, «Kür» qəzetinin baş redaktoru Əminə Yusifqızı öz çıxışlarında Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi barədə ətraflı danışdılar və Ulu öndəri müstəqilliyimizin təminatçısı, dövlətçiliyimizin memarı kimi qiymətləndirərək, onun siyasi varisi cənab Prezidentin uğurlu xarici və daxili siyasətindən, Milli Ordumuzun rəşadətli Qələbəsindən ətraflı söz açdılar.
Milli Qurtuluş Gününə həsr olunmuş müsabiqə iştirakçıları, Uşaq Gənclər İdman Şahmat məktəbinin şahmatçıları, Uşaq Gənclər İnkişaf  Mərkəzinin bacarıqlı əllər, rəqs, rəsm, dərnəyinin üzvləri öz istedad və bacarıqlarını  nümayiş etdirdilər.
Sonda müsabiqə qalibləri fəxri fərman və qiymətli hədiyyələrlə təltif olundular.
Şəhər Mədəniyyət Mərkəzinin solistlərinin, Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında Ulu öndərə, Azərbaycana həsr olunmuş mahnılar və rəqslər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.

 

Keçidlər