Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda çiyid səpini başa çatıb

09 iyun 2021 | 16:00

 

Cari ilin pambıq mövsümü üçün Yevlax rayonunda 255 fermerlə müqavilə bağlanaraq 2327,6 hektar sahədə pambıq bitkisi əkilmişdir.  157 fermer 1677,6 hektarda, “MKT İstehsal Kommersiya” MMC ilə, 98 fermer 650 hektar sahədə “P-Agro” MMC ilə müqavilə bağlamışdır. Hazırda pambıq əkini üçün nəzərdə tutulmuş sahələrdə çiyid səpini tamamlanmışdır. Fermerlər  38 sentinerdən yüksək məhsuldarlığı hədəf alaraq aqrotexniki qaydalara uyğun olaraq pambıq sahələrində kultivasiya işlərinə başlamışdılar.
Respublikamızın bütün bölgələrində olduğu kimi Yevlax rayonunda da suvarma suyu qıtlığının olmasına baxmayaraq Şəhər İcra Hakimiyyəti və Suvrama sistemləri İdarəsinin mütəxəssislərinin birgə fəaliyyəti nəticəsində pambıq sahələri suvarma suyu ilə təmin olunmuşdur.
Keçən ilin mövsüm ilində Yevlax rayonunda 8148,8 ton pambıq istehsal olunmuş və məhsuldarlıq 34,9 sentiner olmuşdur. Bu da 2019-cu il ilə müqayisədə istehsal 1801 ton çox olmaqla hər hektardan 8,5 sentiner artıq olmuşdur.
Cari pambıq mövsüm ili üçün Mehdiyev Adil Göyüş oğlu 21,0 hektar, Bostanov Rövşən Əbülfət oğlu 20 hektar, Qurbanov Orxan Yusif oğlu 15,3 hektar və Əşrəfov Oktay Bəylər oğlu 17,0 hektar sahədə pambıq bitkisi əkmişdir. Bu fermerlərin məhsuldarlığı hədəf olaraq 42 sentinerdən yuxarı olacağı gözlənilir.

Keçidlər