Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində suvarma suyu ilə təminat yaxşılaşdırılır

24 may 2021 | 16:00


Bu günlərdə rayonumuzda əkin işlərinin qızğın çağıdır. Bol məhsulun təməlini qoyan fermerlər əkinlərin suvarılmasına xüsusi önəm verirlər. Yevlax Suvarma Sistemləri İdarəsi də  əkinlərin suvarma suyu ilə təmin olunmasını diqqətdə saxlayır.
Yevlaxda su itkisinin olmaması üçün Yuxarı Qarabağ kanalı, Yuxarı Şirvan kanalı, Əlican çay, Tərtər çay və Kür çayından götürülən sularn uçot işlərində dəqiqləşdirmələr aparılmış,qeyri qanuni qoşulmalar müəyyən edilərək kənarlaşdırılmışdır. Eyni zamanda suvarma suyunun su istifadəçilərinə vaxtında və normasında çatdırılması məqsədilə  carı təmir işləri davam etdirilir.  Rayonda “Aran”, “Aran-3”, “Bozdağ 3/2”, “Qaraməmmədli”, “Meyvəli” və “Üzgün” nasos stansiyasiyalarının mexaniki və elektrik avadanlıqların təmiri başa çatdırılıb və istifadəyə verilib. İdarənin balansında olan 1500 kilometr kanallar və təsərrüfat daxili arxlar mütəmadi olaraq texnikalar vasitəsi ilə təmizlənir.
Ümumiyyətlə, Yevlax rayonunda 39849 hektar suvarılan ərazinin suvarılması Yevlax Suvarma Sistemləri idarəsi məşğul olur. Suvarma mənbəyi isə Yuxarı Qarabağ kanalı, Yuxarı Şirvan kanalı, Əlican çay, Tərtər çayı, Kür çayı və 38 ədəd nasos stansiyalarının vasitəsi ilə reallaşdırılır.
Belə ki, maşın-mexanizmlə umümi olaraq 250 kilometrə yaxın kanal lildən və kol-kosdan təmizlənib.Suvarmada çətinliklərin olmaması istiqamətində idarənin gördüyü tədbirlər ardıcıl davam etdirilir. Beton üzlüklərin çəkilməsi ilə yanaşı, kanalların təmizlənməsi də mühüm amildir. Hazırda Salahlı kəndində Salahlı beton kanalının əsaslı təmir işləri həyata keçirilir, Tanrıqulular, Qaraməmmədli, Malbinəsi kəndlərindəki  kanallarda lildən təmizlənməsi işləri görülür.
Görülən işlər rayon ərazisində cari ilin vegetasiya suvarma dövründə əkin sahələrinin suvarma suyu ilə təminatının mütəşəkkil formada aparılmasına xidmət edir.

Keçidlər