Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “Breyn Rinq” intellektual oyunu keçirilmişdir

06 may 2021 | 16:00

 

  Yevlax Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümünə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Yevlaxda “Breyn Rinq” intellektual oyunu keçirilmişdir. İntellektual yarışda YAP-nın Gəncə , Mingəçevir, Naftalan şəhər,  Yevlax, Goranboy, Bərdə , Tərtər, Ağdam rayon təşkilatlarının komandaları iştirak etmişdir.
      Tədbir iştirakçıları Ümummili lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzdülər. Mövcud karantin rejimi qaydalarına uyğun keçirilən yarışı giriş sözü ilə YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov açaraq Ulu öndərin həyat və fəaliyyəti haqqında iştirakçılara geniş məlumat verdi,  onun əbədiyaşar irsinin Azərbaycan xalqının qəlbində hər zaman yaşadığını, yeniyetmə və gənclərə dövlətin bugünki qayğısından danışdı. Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini-ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova qonaqları salamlayaraq Yevlax şəhərində keçirilən tədbirdə iştirakları üçün onlara minnətdarlıqlarını bildirdi  və qeyd etdi ki, dahi rəhbərin ideyalarının bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda sağlam, bilikli, dövlətçiliyə, vətənə sadiq gənclər yetişmişdir. Rayonun “Kür”  qəzetinin baş redaktoru Əminə Yusifqızı Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrindən, dahi liderin gənclərə qayğısından, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan söhbət açdı.
          Final mərhələsində sualları daha tez və düzgün cavablandıran  YAP Naftalan Şəhər Təşkilatının komandası yarışın qalibi olaraq “Breyn Rinq” yarışının kubokunu və pul mükafatını qazandı. II yeri tutmuş YAP Goranboy Rayon Təşkilatının komandası Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatının fəxri fərmanı ilə təltif olundu.

 

 

 

 

Keçidlər