Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda şahmat turniri keçirildi

04 may 2021 | 16:00


       Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98–ci ildönümü ilə əlaqədar Yevlax rayonunda silsilə tədbirlərin keçirilir.


Yevlax Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının,Yevlax Uşaq Gənclər İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə rayon məktəbliləri arasında Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş şahmat üzrə rayon birinciliyi keçirilmişdir.
Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq baş tutan yarışı giriş sözü ilə açan Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova ilk olaraq Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edərək, idmançılara uğurlar arzuladı. Dahi rəhbər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş bir çox tədbirlərin, o cümlədən şahmat yarışının keçirildiyini bildirmişdir. Azərbaycan xalqı qədimdən bu zəka oyununa böyük maraq göstərmişdir. Lakin ölkəmizdə idman növü kimi şahmatın kütləvi inkişafı ötən əsrin 70-ci illərindən başlanmışdır. Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həmin dövrdə rayon mərkəzlərində və şəhərlərdə şahmat məktəbləri tikilib istifadəyə verilmiş, peşəkar şahmatçılar nəsli yetişdirilmiş və Azərbaycan şahmat məktəbinin əsası qoyulmuşdur. Dahi şəxsiyyət ölkəmizin müstəqillik dövründə də şahmatın inkişafına diqqət göstərmiş, onun himayə və qayğısı ilə bu sahədə möhkəm maddi-texniki baza yaradılmışdır.
     Sonra E.Əzizova “Şahmatın inkişafı bu gün Azərbaycanda dövlət siyasətidir”, – deyən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şahmat infrastrukturunun müasirləşdirilməsindən danışmışdır.
Rayon birinciliyinə qoşulan şahmatçılara uğurlar diləyən Milli Məclisin deputatı, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov qeyd etdi ki, müasir Azərbaycan Respublikasının qurucusu və memarı Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın gələcəyini istedadlı, savadlı yeniyetmə və gənclərdə görürdü. Ulu öndərin əziz xatirəsinə həsr olunmuş bu günki turnir məhz yeniyetmə və gənclərin bacarıq və istedadlarını üzə çıxarmaq, elmə, biliyə marağını artırmaq, onları ümummilli liderin irsinə sadiqlik ruhunda tərbiyə etmək  məqsədi daşıyır.
Sonra Yevlax Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Rəşad Bəhmənli çıxış edərək keçirilən yarış haqqında ətraflı məlumat vermişdir.
    Daha sonra çıxış edən “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, Təhsil şöbəsinin müdiri Namidə Abbasova, YAP Yevlax rayon təşkilatının sədr müavini Vahid Quliyev Ulu Öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışdılar, onun əbədiyaşar siyasətinin bu gündə möhtərəm Prezident Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusilə vurğuladılar. 
      Sonra Şəhər birinciliyinə satrt verildi. Turnirə qoşulan 16 şahmatçı arasında ən bacarıqlılar Elçin Ağayev I , Ziya Əlibəyli II , Namiq Varşabov III yeri tutaraq turnirin qalibi oldular.
       Qalib şahmatçılara fəxri fərman və qiymətli hədiyyələr təqdim olundu.

Keçidlər