Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 31 Mart–Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş onlayn tədbir keçirilmişdir

31 mart 2021 | 16:00


Yevlax şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Mart–Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar  onlayn tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bildirdi ki, 1918-ci ilin mart qırğınları erməni daşnakları tərəfindən xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırım siyasətinin ən dəhsətli səhifələrindən biridir. Həmin hadisələr zamanı Bakıda və Bakı ətrafı rayonlarda, Qarabağın Dağlıq ərazisində, Qubada, Şamaxıda, İrəvan və Zəngəzurda ermənilər tərəfindən minlərlə azərbaycanlı qətlə yetirilmiş, 656 yaşayış məskəni xarabaya çevrilmişdir.Bakıda mart qırğını dörd gün davam etmiş, bu soyqırım nəticəsində təkcə Bakıda 12 mindən çox, Bakı ətrafı kəndlərdə isə 30 minə yaxın azərbaycanlı, o cümlədən qocalar, qadınlar və uşaqlar vəhşicəsinə qətlə yetirilmişdir. Ulu öndər Azərbaycan tarixində ilk dəfə olaraq dəqiq faktlar əsasında erməni məkrini bütün dünya qarşısında ifşa hədəfinə çevirdi.
1978-ci ildə ermənilər tərəfindən Qarabağda qoyulmuş və onların 150 il bundan əvvəl Azərbaycan torpaqlarında məskunlaşdıqlarının şahidi olan abidənin mövcudluğunu dahi siyasətçi Heydər Əliyev dünyaya sübut etdi.
E.Əzizova daha sonra qeyd etdi ki, Keçirilən bütün beynəlxalq tədbirlərdə, dünyanın nüfuzlu media qurumlarına verdiyi müsahibələrində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman ermənilərin işğalçı siyasətini kohkret faktlarla ifşa etmişdir. Ölkə Başçısı dəfələrlə birmənalı şəkildə bəyan etmişdir ki, Azərbaycan heç vaxt öz ərazilərində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.
2020–ci ilin 27 sentyabrından başlayaraq 10 noyabr sülh bəyanatına qədər olan cəmi 44 gün ərzində döyüş meydanında Müzəffər Azərbaycan Ordusu cənab Prezidentin bu fikrini sözdən əmələ çevirməyin öhdəsindən çox böyük peşəkarlaıqla gəldi . Xalqımızın yeni və şanlı tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında xalqımızın və dövlətimizin yeni tarixi yazıldı, tarixi ədalət bərpa edildi. Müharibənin gedişində dünyanın müxtəlif geosiyasi qütblərindən edilən təzyiq və təhdidlərə baxmayaraq, Ali Baş Komandan düşməni torpaqlarımızdan qovmaq üçün sona qədər döyüşmək əmrindən geri dönmədi və Vətən Müharibəsini müvəffəqiyyətlə başa vurdu. Böyük Vətən müharibəsi bizim Böyük Zəfərimizlə başa çatdı. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni reallıq yarandı. Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu.
Tədbirdə çıxış edən Şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimi Rəşadə Teymurova, Şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Maarif  Ramazanov, Şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Fərid Əliyev, Şəhər 7 nömrəli tam orta məktəbin şagirdi Əsma Mirili çıxış edərək bildirdilər ki Azərbaycanlıları əsrlərlə yaşadıqları öz tarixi ata-baba torpaqlarından qovmaqla kifayətlənməyən Ermənistan və onun cinayətkar rəhbərliyi iki xalq arasında onillərdir ki, davam edən etnik münaqişəni XX əsrin sonunda yeni müstəviyə keçirdi. Bu dəfə hədəfdə Azərbaycan ərazilərinin işğalı dayanırdı. Vandalizmi, irqçiliyi, etnik- dini dözümsüzlüyü dövlət siyasətinə çevirmiş Ermənistanın türk-islam düşmənçiliyi təkcə günahsız insanları qətlə yetirməklə qalmamış, işğal etdikləri ərazilərdə məscidləri, dini abidələri, məscidlərin minarələrini dağıtmış, viranə qoymuş, müqəddəs məbədləri təhqir etmiş, orada donuz saxlamış, məscidlərin üzərində təhqiramiz ifadələr yazmışlar.
Sonda onlayn tədbir iştirakıları erməni daşnakları tərəfindən xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırım siyasətinin ən dəhsətli səhifələrindən olan 1918-ci ilin mart qırğını qurbanlarının heç vaxt unudulmayacaqlarını bildirdilər.

Keçidlər