Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Novruz bayramı münasibəti ilə şəhid ailələri ziyarət edilib

19 mart 2021 | 16:00


   Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri Novruz bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər. Görüşlərdə Ölkə Prezidenti Cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edilib. Ziyarət zamanı şəhid ailələrinə bayram sovqatları çatdırılıb.
   Şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə Möhtərəm Cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər