Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda şəhid ailələri ziyarət edilib

17 mart 2021 | 16:00


Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının məsul əməkdaşları Vətən Müharibəsi şəhidlərinin ailələrini “Novruz bayramı” münasibəti ilə ziyarət ediblər. Ziyarət zamanı şəhid ailələrinə bayram sovqatları çatdırılıb, ailələrin azyaşlı üzvlərinə bayram hədiyyələri verilib. Şəhid ailələrinin üzvləri arzu və təkliflərini bildirməklə yanaşı onlara daim diqqət və qayğı ilə yanaşan ölkə Prezidentimiz möhtərəm cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
   

Keçidlər