Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətində vətəndaşların növbəti onlayn qəbulu keçirilib

16 mart 2021 | 16:00

Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev tərəfindən vətəndaşların növbəti onlayn qəbulu keçirilmişdir.

Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilmiş, onları narahat edən bir sıra məsələlər qəbul zamanı həll olunmuşdur. Həmçinin vətəndaşlar tərəfindən qaldırılan bəzi məsələlərə dair onlara müvafiq izahat verilmiş və ya  həlli ilə əlaqədar araşdırılıb müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilərək nəzarətə götürülmüşdür.
    Qəbula gələnlər onların müraciətlərinin dinlənilməsindən məmnunluqlarını ifadə edərək ölkəmizdə və rayonumuzda həyata keçirilən abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər