Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax rayonunda əhalinin qazla təminatı yaxşılaşdıırılır

10 mart 2021 | 16:00

 

Regionların sosial-iqtisadi inkişafı dövlət Proqramına uyğun olaraq respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da genişmiqyaslı abadlıq, yaradıcı, qurucu işləri aparılır. Həyata keçirilən dövlət əhəmiyyətli sosial yönümlü layihələrin sırasında kənd və qəsəbələrin qazlaşdırılması işləri də yer alıb.
Rayonun 98 evdən ibarət olan Duzdağ qəsəbəsində yeni salınmış məhəllələrin qazlaşmaması sakinlərə narahatçılıq yaradırdı. Qəsəbə sakinlərinin müraciətlərinə baxılaraq, Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən “Azəriqaz” İB qarşısında məsələ qaldırılmış, nəticədə qəsəbəyə qaz çəkilməsinə start verilmişdir.
Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax üzrə xidmət sahəsi tərəfindən qəsəbəyə qaz çəkilişi davam etdirilir. Belə ki qəsəbəyə 594 paqometr 57 millimetrlik metal borudan ibarət qaz xəttinin çəkilişi yekunlaşıb. Qəsəbə ərazisində yeni salınan yaşayış məhəllərindəki evləri qazla təmin etmək üçün isə 612 paqometr, 32 millimetrlik metal borudan ibarət qaz xətti çəkilir. Eyni zamanda evlərə qaz sayğaclarının qoyulması müvafiq sənədləşmə əsasında layihələndirilir. 
  Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev işlərin gedişini izləmək üçün qəsəbədə olub. Qəsəbə sakinləri ilə söhbət edərkən sakinlər onların məişət rahatlığının təmin edilməsinə stimul verən bu  diqqət və qayğıya görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıq duyğularını ifadə ediblər.

 

Keçidlər