Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinə həsr edilmiş müsabiqəyə yekun vuruldu

01 mart 2021 | 16:00

 

       Yevlax şəhər İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı ilə birgə Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar olaraq faciə qurbanlarının əziz xatirəsinin yad olunması məqsədilə rayonun ümumtəhsil məktəblilərinin VIII-XI sinif şagirdləri arasında keçirilmiş  inşa və rəsm müsabiqəsinin qalibləri müəyyən edilmişdir.
       Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd şagirdlərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları tərəfindən Xocalı şəhərində soydaşlarımıza qarşı törədilmiş faciənin səbəb və nəticələrini dərindən öyrənməsinə kömək göstərmək, onlarda belə hadisələrə düzgün rəy vermək, hadisələri olduğu kimi təsvir etmək bacarığını formalaşdırmaq və vətənpərvərlik hissini yüksəltməkdən ibarətdir.
    Qaliblər Yevlax Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı tərəfindən Fəxri Fərman və hədiyyələrlə təltif edilmişər.

 

Keçidlər