Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş inşa və rəsm müsabiqəsinə start verilib.

05 fevral 2021 | 16:00


Yevlax şəhər İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı ilə birgə Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar olaraq, faciə qurbanlarının əziz xatirəsinin yad olunması məqsədilə rayonun ümumtəhsil məktəblilərinin VIII-XI sinif şagirdləri arasında inşa və rəsm müsabiqəsi elan edir. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları tərəfindən Xocalı şəhərində soydaşlarımıza qarşı törədilmiş faciənin səbəb və nəticələrini daha dərindən öyrənməsinə kömək göstərmək, onlarda belə hadisələrə düzgün rəy vermək, hadisələri olduğu kimi təsvir etmək bacarığını formalaşdırmaq və vətənpərvərlik hissini yüksəltməkdən ibarətdir.
     Müsabiqə 2021-ci ilin 5-20 fevral tarixlərini əhatə edir.
       Müsabiqənin iştirakçılarına Xocalıda törədilən soyqırıma öz münasibətlərini inşa yazısında və rəsmdə əks etdirməsi tövsiyyə olunur.
1.) İnşalar Yevlax şəhər İcra İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının elektron poçt ünvanlarına mail@yevlax-ih.gov.az, yapyevlax@mail.ru  20 fevral 2021-ci il tarixinə kimi göndərilməlidir. Şagirdin adı, soyadı, hansı sinifdə və məktəbdə oxuduğu qeyd olunmalıdır.
         2.) Rəsmlər YAP Yevlax rayon təşkilatının inzibati binasına 20 fevral  2021-ci il tarixinə kimi təqdim olunmalıdır.

        3.) Hər bir şagird bir nominasiya üzrə müsabiqədə iştirak etməlidir.
İnşa və rəsm müsabiqəsinin qalibləri ayrılıqda 1,2 və 3-cü yerlər üzrə qiymətləndiriləcək, Yevlax şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon  təşkilatının fəxri  fərmanı və qiymətli hədiyələri ilə təltif olunacaqdır.
      Əlaqə telefonları: (+994) 22-336-14-99
                                   (+994) 55-457-33-73
 Elektron poçt ünvanları: mail@yevlax-ih.gov.az , yapyevlax@mail.ru

                     

Keçidlər