Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda COVID-19 əleyhinə vaksinasiya davam edir

19 fevral 2021 | 16:00

 

Yevlaxda COVID-19 əleyhinə vaksinasiya davam edir.

Vaksinasiya çərçivəsində Yevlax rayonunun Qoyunbinəsi kənd sakini, 1913-cü il təvəllüdlü Növrəstə Məmişova Yevlax Şəhər Ailə Sağlamlıq Mərkəzində Yevlax rayonunda 108 yaşlı sakin COVID-19 əleyhinə peyvənd olunub. N.Məmişova peyvənd olunduqdan sonra özünü yaxşı hiss etdiyini bildirib. 

  Qeyd edək ki, koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Yevlax rayonunda da əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi Yevlax Şəhər Ailə Sağlamlıq Mərkəzinin binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiyanın birinci mərhələsində tibb işçiləri və 65 yaşdan yuxarı vətəndaşlar peyvənd olunurlar. Artıq 50 yaşdan yuxarı vətəndaşların da peyvəndlənməsinə başlanılıb.

Fevralın 5-dən növbəliliyin təmin edilməsi məqsədilə elektron müraciətlər üçün xidmət növü fəaliyyətə başlayıb. Bu istiqamətdə əhalinin maarifləndirilməsi məqsədilə şəhər İcra Hakimiyyətinin internet səhifəsində məlumat yerləşdirilib, idarə, müəssisə və təşkilatlara əhalinin vaksinasiya tədbirlərində fəal iştirak etməsilə əlaqədar metodiki xarakterli təlimatlar verilib. 

 

 

Keçidlər