Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika Fənn olimpiadalarının birinci mərhələsi keçirildi

18 fevral 2021 | 16:00

Respublika Fənn olimpiadalarının birinci mərhələsi keçirildi


Təhsil sistemində ən kütləvi bilik yarışlarından olan fənn olimpiadaları şagirdlərdə təhsilə, biliklərə əzmlə yiyələnməyə marağı artıran, özünə inam hisslərini gücləndirən, ayrı-ayrı fənlər üzrə istedad və qabiliyyəti, çevik və yaradıcı təfəkkürü ilə fərqlənənləri vaxtında aşkara çıxarmağa və onların mövcud potensial imkanlarını daha da inkişaf etdirməyə kömək göstərən, şagirdlərdə ixtisas və peşəseçmə vərdişlərinin formalaşmasına zəmin yaradan ən yaxşı vasitələrdəndir.
   Hər il olduğu kimi 2020-2021-ci tədris  ilində  də Yevlax rayonundakı  ümumtəhsil məktəblərində istedadlı uşaqların aşkara çıxarılmasında əhəmiyyətli rol oynayan fənn olimpiadaları 2021-ci il fevral ayının ortalarında Təhsil Nazirliyinin təyin etdiyi qrafikə əsasən Yevlax  şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbdə keçirilmişdir.
    Fənn olimpiadaları IX-XI sinif şagirdlər arasında 8 fənn üzrə (Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika) aparılmışdı.  Fənn olimpiadalarında ayrı-ayrı fənnlər üzrə 430 şagird iştirak etmişdir.
Şəhər mərhələsinin qalibi olmuş  41  şagird müxtəlif fənlər üzrə zona mərhələsində iştirak etmək hüququ qazanmışdırlar.

Keçidlər