Şriftin ölçüsü :

Saytın rəngi :

"ASAN XİDMƏT" Yevlaxdadır.

20 sentyabr 2020 | 16:00

 

Sentyabrın 21-dən etibarən Səyyar “ASAN Xidmət” oktyabr ayının 2-nə kimi Yevlax şəhərində vətəndaşlara xidmət göstərəcək.

Sakinlərimiz ayın 21-dən etibarən həftənin 6 günü saat 10:00-dan 18:00-a kimi səyyar "ASAN Xidmət"in xidmətlərindən istifadə edə bilərlər.
Qurumun Səyyar Xidmətlərin Təşkili Şöbəsindən bildirilir ki, göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur. Bu xidmətlərə aşağıdakılar daxildir:
•Notariat fəaliyyəti;
•Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
•Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
•Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
•Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
•Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
•Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
•Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Keçidlər