Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda sağlamlıq imkanları məhdud sakinlərə əlil arabaları hədiyyə edildi

10 may 2020 | 16:00

 

 

Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə əlil və sağlamlıq imkanları məhdud insanların sosial müdafiəsinin və cəmiyyətə inteqrasiyasının gücləndirilməsi istiqamətində böyük işlər həyata keçirilir.

Respublikanın digər bölgələrində olduğu kimi Yevlax rayonunda da  Fondun bu humanist işlərinə dəstək olaraq sosial aksiyalar təşkil edilir. Növbəti belə aksiya Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü münasibətilə keçirilərək Qarabağ döyüşlərində ağır yaralanmış və müxtəlif səbəblərdən əlil olmuş bir qrup rayon sakininə əlil arabaları hədiyyə edilib.
Bu sosial aksiya zamanı Yevlax Şəhər İcra Hakimiyyətinin əməkdaşları rayon sakinləri - 1-ci qrup Qarabağ müharibəsi əlili Xalid Rəfiyev və Tahir Həsənovun, həmçının şəhid anaları Tərlan Camalova, Siyasət İbrahimova və Anaxanım Zeynalovanın evlərinə gələrək onlara əlil arabaları təqdim ediliblər. 
Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan bu aksiyada əlillər onlara göstərilən diqqətə görə ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.

    

 

 

Keçidlər