Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə şəhərimizdəki Heydər Əliyev Parkında konsert proqramı təşkil olunmuşdur.

14 iyul 2019 | 16:00

Yevlax şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 50  illiyi münasibətilə şəhərimizdəki Heydər Əliyev Parkında konsert proqramı təşkil olunmuşdur.

Əvvəlcə Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Məmmədova Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin inkişafındakı rolundan bəhs etmiş, Onun həyat yolundan danışmışdır. Daha sonra rayon mədəniyyət müəssisələrinin kollektivləri Ulu Öndər Heydər Əliyevə həsr olunmuş mahnı və şerlərdən ibarət xüsusi konsert proqramı ilə çıxış etmişlər. Konsertdə rayonun idarə və müəssisələrin, rayonda dislokasiya olunmuş hərbi hissələrin əsgər və zabitləri iştirak etmişlər.

Keçidlər