Şriftin ölçüsü :

Saytın rəngi :

YEVLAXLILAR İLHAM ƏLİYEVƏ “HƏ” DEYİR!

12 aprel 2018 | 16:00

SEÇKİ TƏŞVİQATI FƏALLIQLA DAVAM EDİR

KÖVƏR  VƏ  MALBİNƏSİ

Yeni Azərbaycan Partiyası Mərkəzi  Seçki Qərargahının Yevlax rayon şöbəsinin təşviqat qrupunun üzvləri rayonun Kövər və Malbinəsi kəndlərində seçicilərlə görüş keçirdi.

Tədbiri giriş sözü ilə Milli Məclisin deputatı, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov açdı. Qarşıdan gələn Prezident seçkiləri haqqında məlumat verdi, hər bir seçicinin  bu mühüm kampaniyada iştirakının vacibliyini vurğuladı. Bildirdi ki, məqsədyönlü sosial siyasətin həyata keçirilməsi əhalinin diqqət və qayğı ilə əhatə olunmasına imkan yaratmış, sosial müdafiəyə ehtiyacı olan insanlara diqqət gücləndirilmişdir. Paytaxtda və regionlarda iqtisadi  ehtiyatların səfərbər edilməsi yeni müəssisələrin və iş yerlərinin yaradılmasına, işsizliyin səviyyəsinin minimuma  endirilməsinə, insanların layiqli yaşayışının təmin edilməsinə səbəb olmuşdur.
Sonra Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev çıxış etdi. Bildirdi ki, ictimai-siyasi sabitliyin qorunması və daha da gücləndirilməsi 2003- 2018-ci illərdə Prezident İlham Əliyevin xarici siyasətinin əsas prioritetlərindən olub. Həmin dövr Azərbaycanın ən yeni tarixinə sabitlik, təhlükəsizlik, hərətərəfli inkişaf dövrü kimi daxil olub, ölkəmiz bütün dünyada sabitlik adası kimi tanınıb. Mən inanıram ki, hər bir yevlaxlı bu uğurlu fəaliyyətin davam etdirilməsində çox maraqlıdır və seçki günü bunu səsini İlham Əliyev cənablarına verməklə bir daha təsdiq edəcəkdir.

YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova çıxışında xüsusi vurğuladı ki, ölkəyə rəhbərliyi dövründə İlham Əliyev cənabları hər bir azərbaycanlının prezidenti olduğunu təsdiqlədi. Məhz onun misilsiz fəaliyyəti nəticəsində bu gün ölkəmiz başdan-başa gülüstana dönüb, müasirləşib, inkişaf edib, uğurları ilə dünyaya səs salıb.
Kənd sakini, Prezident təqaüdçüsü Şamama Əliyeva ulu öndərin yadigarı və layiqli davamçısı İlham Əliyevin 2003- cü il Prezident seçkiləri ərəfəsində verdiyi  sözləri xatırlatdı. Söylədi ki, həmin vaxt İlham Əliyev xalqın ona etimad göstərəcəyi təqdirdə, ilk növbədə Azərbaycan regionlarının problemləri ilə məşğul olacağını bəyan etmişdi. Hamımız şahidik ki, bu məqsədlə artıq 3 dövlət proqramı icra olunub. Öz kəndlərinin timsalında proqramın icrasının Azərbaycan kəndinin bütöv- lükdə simasının dəyişdiyini söyləyən Ş.Əliyeva həmkənd- lilərinin fikrini ifadə edərək 11 apreldə cənab İlham Əliyevə səs verəcəklərini dedi.

 

Keçidlər