Şriftin ölçüsü :

Saytın rəngi :

“XƏMSƏ” MİLLİ İNTELLEKTUAL OYUNU ÜZRƏ V AZƏRBAYCAN ÇEMPİONATININ SEÇİM TURU

19 noyabr 2017 | 16:00

Şəhər Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə bu günlərdə “Xəmsə” milli intellektual oyununun V Azərbaycan çempionatının şəhər üzrə seçim turu keçirlmişdir. Mədəniyyət Mərkəzinin akt zalında keçirilən intellektual bilik yarışmasında 8 komanda mübarizəyə qoşulmuşdu.

Tədbiri Şəhər Gənclər və İdman  idarəsinin rəisi Binyamin Musayev açaraq təbrik üçün sözü Şəhər İcra Hakimiyyəti Başçısının müavinləri Qənimət Qaraşov. Elnarə Məmmədova və YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyevə vermişdir. Çıxış edənlər dərin məntiqə əsaslanaraq zehni biliklərini və dünya görüşlərini nümayiş  etdirəcək komanda üzvlərini təbrik  etmiş,  iştirakçılara uğurlar  arzulamışlar.Şəhər Gənclər və İdman İdarəsində  gənclərlə iş üzrə baş məsləhətçi Etibar Məmmədov yarışların keçirilmə, reqlament müddəti, sualların cavablandırılması qaydaları barədə açıqlama verdikdən və mübarizəyə qoşulmuş komandalarla iştirakçıları tanış etdikdən sonra həyəcanlı anlar başlanmışdır.Saniyələr keçdikcə səhnəyə dəvət olunan komandaların üzvləri onlara ünvanlanmış müxtəlif mövzuları-elm, texnika, mədəniyyət, incəsənət, tanınmış şəxsiyyətlərin həyat və yaradıcılıqlarını, bir sıra xalqların adət və ənənələrini əhatə edən sualları cavablandırır, öz interaktivlərinə daha çox xal yazdırmaq bacarığı nümayiş etdirirdilər.Bir neçə saat davam edən bilik yarışmasında 3 nömrəli tam orta məktəbin “Zirvə” komandası birinci, 2 saylı tam orta məktəbin “Uğur” komandası  ikinci və 5 saylı tam orta məktəbin “Azəri” komandası üçüncü yerə layiq  görülmüşlər.Beləliklə sualları daha yüksək cavablandıran “Zirvə” komandası Mingəçevir şəhərində keçiriləcək zona mərəhələsində iştirak etmək hüququ  qazanmışdır.Qalib komandalar sonda Yevlax Şəhər Gənclər və İdman İdarəsinin təsis  etdiyi kubok və fəxri fərmanla təltif olunmuşlar.

MİNİ FUTBOL  BİRİNCİLİYİ

Şəhər Gənclər və İdman İdarəsi 12 noyabr Konstitusiya günü münasibətilə  daha bir maraqlı tədbirə-idmanın mini futbol növü üzrə rayon birincililyinə start vermişdir. Memarı ulu öndər olan müstəqil dövlətimizin Konstituiyasının qəbul olunması şərəfinə keçirilən birincilikdə 12 komanda mübarizə aparır.Yarışlar “Gənclər evi”nin mini futbol meydançasında keçirilir. Qalib komanda da Gənclər və İdman İdarəsinin kuboku, fəxri fərmanı və pul mükafatı ilə təltif olunacaqdır.

Keçidlər