Şriftin ölçüsü :

Saytın rəngi :

1 İyun- Uşaqlarin beynəlxalq müdafiəsi günüdür

01 iyun 2017 | 16:00

Dünyanın hər yerində hər il iyun ayının 1-i çox əlamətdar bir gün – Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu bayramın tarixi ötən əsrin əvvəllərinə təsadüf edir. Hələ 1924-cü ildə ilk dəfə olaraq uşaqların hüquqlarını təmin edən bəyannamə qəbul edilmişdir. Cenevrədə Millətlər Liqasının Beşinci Assambleyasında həmin bəyannamənin qəbul edilməsində Birinci Dünya müharibəsinin dəhşətlərinin şahidi olan Böyük Britaniya vətəndaşı Eqlantin Cebbin böyük rolu olmuş və müharibənin dəhşətlərindən sarsılan bu insan uşaqların xüsusi müdafiəyə ehtiyacı olduğunu dünyaya bəyan etmişdir.
İndi qeyd edlilən bu bayram isə 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı əsasında təsis olunub və həmin ildən dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da bu tarixi gün uzun illərdir ki, qeyd olunur və müstəqillik illərində də  bu ənənə davam etməkdədir.
Səadət və xoşbəxtlik rəmzi kimi körpələr, uşaqlar həm də ailənin bütövlüyü, nəslin davamı deməkdir. Məhəbbət və sevgi ilə özülü qoyulan ailə deyirlər ki, uzunömürlü olur. Belə ailələrdə dünyaya gələn körpəni də xoşbəxt sanırlar. Körpələr böyüdükcə qayğılar atrtır, onlara daha çox diqqət yetirilir – sabahımız naminə.
Uşaqların dövlət himayəsində olmasının respublikanın Konstitusiyasında təsbit edilməsi ulu öndərin müdrikliyindən və xalqına, millətinə olan böyük sevgisindən irəli gəlirdi. O hesab edirdi ki,  heç bir uşaq dövlət himayəsindən kənarda qalmamalıdır.
Uşaqlara diqqət və qayğı Yevlaxın məktəbəqədər, təhsil və musiqi məktəblərində də müşahidə olunur. Sözügedən təhsil və tərbiyə müəssisələrində uşaqların mənəvi-estetik tərbiyəsini yaxşılaşdırmaq və cilalamaq üçün hər bir imkandan yararlanır, onların istedadını aşkarlamaq naminə  bütün vasitələrdən istifadə olunur.
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü Yevlaxda fəaliyyət göstərən bütün məktəbəqədər tərbiyə müəssisələrində qeyd olunur. Sözügedən müəssisələrdə müxtəlif forma və məzmunlu tədbirlər təşkil edilir, onlara valideynlər və rəsmilər dəvət edilir. Bu tədbirlərdə uşaqlar şeirlər, nəğmələr ifa edir, rəqslər oynayırlar.
Mərkəzi tədbir isə bir qayda olaraq uşaqların bir araya gələrək teatr tamaşasını izləməsi ilə həyata keçirilir. Bu dəfə uşaqlar B.Səfəroğlu adına Xalq Teatrına toplaşacaqlar. Buraya dəvət edilənlər ilk öncə teatrın foyesində təşkil edilən və uşaqların əl işlərindən ibarət sərgiylə tanış olacaq, uşaqların bədii istedadına qiymət verəcəklər.
Sonra isə şəhərimizin məktəbəqədər yaşlı uşaqları bədii rəhbəri respublikanın əməkdar mədəniyyət işçisi Zöhrə Adgözəlova olan Kukla Teatrının maraqlı tamaşasını seyr edəcəklər. Yazıçı-dramaturq Rəhman Əlizadənin “Tülkünün uçuşu” adlanan tamaşanı seyr edən uşaqlar əylənəcək, bədii zövqlərini cilalayacaq, bayramın dadını çıxaracaqlar.

Keçidlər