Şriftin ölçüsü :

Saytın rəngi :

AĞAC ƏKİLDİ, BAĞ BECƏRİLDİ

19 may 2016 | 16:00

Ümummilli liderin anadan olmasının  93-cü ildönümü təntənəsi şəhərimizdə daha bir əlamətdar tədbirlə yaddaşlara həkk olundu. Həmin gün yüzlərlə yevlaxlı ulu  öndərin şəhərin baş meydandakı  möhtəşəm abidəsini ehtiramla yad etdikdən sonra ümumşəhər iməciliyinə qoşuldu. İnsanlar dövlət müstəqilliyimizin banisi və bu günkü xoşbəxt dövranımızın qarantı olan Heydər Əliyev dühasına bitib-tükənməyən  məhəbbətlərini, sevgi və sayğılarını məhz onun doğum günündə küçə, park, xiyabanlarda, magistral yolların ətrafında ağac əkib, bağ becərmək, səliqə-sahman yaratmaq, yaşıllığın massivini artırmaq, onlara qayğı göstərməklə ifadə etməyə önəm verirdilər. Ümumşəhər iməciliyi Yevlax-Bərdə, Bakı-Ələt-Qazax avtomobil yollarının, şəhər  Aeroportuna gedən yolun ətrafına, Ceyhun Mustafayev küçəsinə əlavə   eldar şamı, çinar, söyüd, sərv, göyrüş ağacları, gül kolları əkmək və mövcud bağlara  qulluq  etməklə başladı.Həmin gün ŞİHB, YAP Yevlax rayon təşkilatı aparatlarının, rayon Baytarlıq idarəsinin, Peşə məktəbinin, GEM-in, Mədəniyyət və Turizm Şöbəsinin kollektivləri, bələdiyyə qurumları, Mərkəzi Şəhər Xəstəxanasının, Şəhər Təhsil Şöbəsinin və ümumtəhsil məktəblərinin müəllim və texniki işçiləri, xidmət idarələrinin, geniş ictimaiyyətin nümayəndələri kommunal, təmizlik və yaşıllıq işçiləri ilə çiyin-çiyinə çalışırdılar.

Bu xeyirxah missiya, rəhbərin  əziz xatirəsinə həsr olunmuş ağac- əkmə kampaniyası rayonumuzun kənd və qəsəbələrində də yüksək mütəşəkkilliklə keçirildi.

Ümummilli liderin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş iməciliklərdə bütövlükdə 1700 nəfərə yaxın həmyerlimiz iştirak etmiş, 5000 mindən çox müxtəlif dekorativ bəzək ağacları və gül-çiçək tingləri əkmişlər.

Keçidlər