Şriftin ölçüsü :

Saytın rəngi :

“HEYDƏR ƏLİYEV-93″

29 aprel 2016 | 16:00

Aprelin 22-də Yeni Azərbaycan Partiyası Yevlax  rayon  təşkilatı “Mədəniyyət” məhəlli ilk  partiya  təşkilatı ilə birlikdə ulu  öndərin anadan olmasının 93-cü ildönümünə  həsr olunmuş “Heydər Əliyev və Azərbaycan  mədəniyyəti” mövzusunda tədbir keçirmişdir. Mədəniyyət  Mərkəzinin geniş akt zalında keçirilən tədbiri Heydər  Əliyev sarayının direktoru, “Mədəniyyət” məhəlli ilk partiya təşkilatının sədri Seymur Novruzov açdı. Tədbir iştirakçıları ilk öncə ümummilli liderimiz Heydər  Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik  sükutla yad etdilər.  Sonra   əbədiyaşar rəhbərin həyat və fəaliyyətindən bəhs edən qısametrajlı sənədli film göstərildi. Ulu öndərin həyatının  müxtəlif məqamlarını əks etdirən film ən şirin və unudulmaz hisslər oyatdı.
“Mədəniyyət” məhəlli ilk partiya təşkilatı idarə heyətinin üzvü Rafiq Məmmədov öz  çıxışına ulu öndərin Azərbaycan mədəniyyətinin inkişaf etdirilməsi sahəsindəki əvəzsiz xidmətlərindən danışmaqla başladı. Xüsusilə vurğuladı ki, hələ sovet dönəmində ulu öndər Azərbaycan mədəniyyətinin  inkişafına misli görünməmiş xidmət göstərmişdir. Xalqımızın qədim mədəniyyətini, adət- ənənəsini, zəngin milli  irsini özündə  ehtiva  edən sənət  əsərlərinin ekranlaşdırılmasına nail olmuş, görkəmli elm, incəsənət xadimlərinin. şair və ədiblərimizin dünya səviyyəsində tanınmasına misilsiz töhfələr bəxş etmişdir. Ulu öndərin xalq və vətən qarşısındakı  əvəzsiz xidmətlərindən biri də “Nəsimi”, “Babək”, “Dədə Qorqud” kimi dastanlarımızın, tarixi  şəxsiyyətlərimizin ekranlaşdırılması, ölməz  şairimiz Hüseyn Cavidin nəşinin qürbətdən doğma yurduna gətirlməsi, adlarının əbədiləşdirilməsidir.
Bu gün böyük coşqu və iftixarla doğum gününü qeyd  etdiyimiz dahi şəxsiyyət  haq- qında danışan Mədəniyyət Mərkəzinin direktoru, respublikanın əməkdar mədəniyyət işçisi Eldəniz  Mustafayev isə Heydər Əliyev zəkasına, Heydər  Əliyev  dühasına hətta əzəli düşmənlərimiz olan ermənilərin də həsəd apardıqlarını diqqətə çatdırdı. Dünyanın ən tanınmış siyasət adamlarının ulu öndərimizin ünvanına səsləndirdikləri fikirlərdən nümunələr gətirdi.

“Mədəniyyət” məhəlli ilk partiya təşkilatının Gənclər Birliyinin sədri Şahin  Qarayev, Heydər Əliyev sarayının metodisti Aida Nəbi- yeva və başqaları öz çıxışlarında yekdilliklə bildirdilər ki, ömrünü Azərbaycan xalqının, dövlətçiliyimizin taleyi ilə bağlayan, yüksək insani keyfiyyətləri ilə seçilən Heydər Əliyev siyasət aləminin korifeyi, bənzərsiz bir şəxsiyyət idi. Rəhbərin işıqlı və nurlu xatirəsi daim xalqımızın qəlbində yaşayacaqdır.
Tədbiri yekunlaşdıran YAP Yevlax rayon təşkilatınını aparat rəhbəri Əli Quliyev qürur hissi ilə qeyd etdi ki, müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider haqqında cild-cild kitablar yazılsa, ibrətamiz və ülvi alqışlar səsləndirilsə də azdır. Heydər  Əliyev dühası  əlçatmaz bir zirvədir. Sağlığında milyonlarla insanın rəğbət və məhəbbətini qazanmış şəxsiyyətin əbədiyyətə qovuşduğu tarixdən zaman keçdikcə onun bö- yüklüyü və əzəməti daha aydın görünür.
Tədbirin sonunda iştirakçılara ulu öndərin qısa tərcümeyi-halını əks etdirən bukletlər paylandı və bir qrup gəncə iştirakçıların təntənəli alqışları altındaYeni Azərbaycan Partiyasının  üzvlük vəsiqələri təqdim olundu.

Keçidlər