Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda ənənəvi olaraq şəhidin ad günü qeyd edilib

15 yanvar 2022 | 16:00


Yevlax Şəhər İcra Hakimiyyətinin,YAP Yevlax Rayon Təşkilatının, Şəhər Təhsil Şöbəsinin əməkdaşları, Vətən müharibəsi şəhidi Məmmədov Yusif Vaqif oğlunun doğum günü münasibətilə Yevlax Şəhidlər xiyabanında məzarını ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini böyük ehtiramla yad ediblər. Şəhidin ailə üzvlərinin, Vətən Müharibəsi qazilərinin, Şəhidin döyüş yoldaşlarının da iştirak etdiyi tədbirdə şəhidin ruhuna dualar oxunub, məktəblilər vətənpərvərlik mövzusunda şerlər səsləndiriblər.
      Tədbir çərçivəsində ənənəvi olaraq Yevlax şəhər UGİŞM  tərəfindən keçirilən şəhidin xatirəsinə həsr etdiyi idmanın şahmat növü üzrə rayon turnirinin qaliblərinə fəxri-fərmanlar şəhidin ailə üzvləri tərəfindən təqdim olunub. Şəhidin ailə üzvlərinə başsağlığı verilib, keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət, qayğıya görə Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər