Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Heydər Əliyev sarayı əsaslı təmir edilir

07 yanvar 2022 | 16:00

1963-cü ildə inşa edilən saray həmin vaxt “Azərbaycan” klubu adlanırdı. 2006-cı ildə binada yenidənqurma işləri başlamış və əsaslı təmir olunmuşdur. Bina əsaslı şəkildə təmir edildikdən sonra  Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 112 saylı 20 aprel 2006-cı il tarixli Qərarı ilə saraya Xalqımızın Ümumilli Lideri Heydər Əliyevin adı verildi. Sarayın ümumi ərazisi 4000 kv metr, tikintialtı sahəsi isə 1416 kv metrdir. Saray 2 mərtəbəli olmaqla 9 otaqdan, 100 və 433 nəfər tutumlu  2 zaldan ibarətdir. İllərdir istismar edildiyindən və yardımçı otaqlar yararsız hala düşdüyündən  bina əsaslı şəkildə təmir edilir.

Keçidlər